20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar bir qrup gəncin Naxçıvan şəhərindəki Xatirə Muzeyinə ekskursiyası təşkil olunub. Gənclər və İdman Nazirliyi və “Gənc Vətənpərvərlər” İctimai Birliyinin birgə təşkilatçılığı ilə reallaşan ekskursiya tarixi gerçəkliklərin gənclər arasında öyrənilməsi, onlara vətənpərvərlik hissinin aşılanması və şəhidlərimizin xatirəsinin yad olunması məqsədinə xidmət edib.
İştirakçılara məlumat verilib ki, 20 Yanvar faciəsi ərəfəsində Naxçıvan Muxtar Respublikasının sərhəd kəndlərinə də erməni silahlılarının işğalçı hücumları olub. Naxçıvanda və Bakıda baş verən məlum hadisələrlə bağlı Xatirə muzeyində çoxsaylı eksponatlar var. Gənclər muzeyin ekspoziyası ilə yaxından tanış olub, onları maraqlandıran məsələlərlə bağlı ətraflı şəkildə məlumatlandırılıblar.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidməti